Fuad Nağıyev: "Müasir İpək Yolu turizm marşrutunun inkişafı əlaqələri möhkəmləndirəcək"

Fuad Nağıyev: "Müasir İpək Yolu turizm marşrutunun inkişafı əlaqələri möhkəmləndirəcək" “Müasir İpək Yolu turizm marşrutunun inkişaf etdirilməsi ölkələrimiz arasında inkişaf etməkdə olan əlaqələrin daha da möhkəmlənməsinə xidmət edəcək”.
Turizm
24 May , 2022 12:06
Fuad Nağıyev: Müasir İpək Yolu turizm marşrutunun inkişafı əlaqələri möhkəmləndirəcək
Fuad Nağıyev

“Müasir İpək Yolu turizm marşrutunun inkişaf etdirilməsi ölkələrimiz arasında inkişaf etməkdə olan əlaqələrin daha da möhkəmlənməsinə xidmət edəcək”.

"Report" xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Türk Dövlətləri Təşkilatının turizm nazirlərinin bu gün Şamaxıda keçirilən 7-ci görüşündə deyib.

O, türkdilli ölkələrin tarixi köklərlə bir-birinə bağlılığı, ortaq tarix və mədəni irsə sahib olma kimi amillərlə yanaşı, coğrafi yaxınlıq, vizasız gediş-gəliş və birbaşa uçuşların olmasının turizm əlaqələrinin, eləcə də dostluq və qarşılıqlı anlaşma üzərində qurulan əməkdaşlığın inkişafına öz töhfəsini verdiyini bildirib. Agentlik sədri “Müasir İpək Yolu” turizm marşrutu kimi müştərək turizm məhsullarının yaradılması istiqamətində işlərin intesivləşdirilməsinin vacibliyini vurğulayıb.

Görüşdə “Türk Dünyası Turizm Paytaxtı təşəbbüsü” ilə bağlı qaydaların təsdiq edilməsi və “Türk Dövlətləri Təşkilatının Turizm üzrə Yol Xəritəsi” sənədi qəbul edilməsi planlaşdırılır.

Tədbirdə çıxış edən təşkilatın Baş katibi Bağdad Amreyev göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirərək üzv ölkələr arasına əlaqələrin bütün müstəvilərdə inkişafının turizm sahəsinə də müsbət təsir etdiyini qeyd edib. O, Şamaxı şəhərinin 2022-ci il üçün Türk Dünyasının Turizm Paytaxtı seçilməsi münasibətilə təbrik edib, bu təşəbbüsün davam etdirilməsinin üzv ölkələr arasında qarşılıqlı məlumatlılığın artırılmasına töhfə verəcəyini diqqətə çatdırıb.

Tədbirdə ölkələr arasında turizm üzrə müxtəlif sahələrdə, o cümlədən qış turizmi üzrə əməkdaşlıq, müştərək turizm məhsullarının yaradılması istiqamətində əməkdaşlıq kimi məsələlər üzrə müzakirələr aparılır.

Son xəbərlər

Orphus sistemi