Azərbaycan və İsrail turizm sahəsində əməkdaşlıq istiqamətlərini müzakirə edib

Azərbaycan və İsrail turizm sahəsində əməkdaşlıq istiqamətlərini müzakirə edib Martın 6-da Dövlət Turizm Agentliyinin (DTA) sədri Fuad Nağıyev İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Corc Dik ilə görüşüb.
Turizm
6 Mart , 2020 13:14
Azərbaycan və  İsrail turizm sahəsində əməkdaşlıq istiqamətlərini müzakirə edib

Martın 6-da Dövlət Turizm Agentliyinin (DTA) sədri Fuad Nağıyev İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Corc Dik ilə görüşüb. 

Bu barədə "Report" DTA-ya istinadən xəbər verir.

Görüşdə iki ölkə arasında turizm sahəsində mümkün əməkdaşlıq istiqamətləri, bu il ərzində hər iki ölkədə turizm sektoru üzrə baş tutacaq beynəlxalq tədbirlər müzakirə edilib.

Görüşdə səfir Corc Dik diqqətə çatdırıb ki, Azərbaycanda yəhudi irsi üzrə yaradılan marşrut və görülən işlər, eləcə də bu turizm məhsulunun təbliğatı İsrail hökuməti tərəfindən yüksək qiymətləndirilir.

Görüş çərçivəsində Azərbaycan və İsrail arasında qarşılıqlı maraq doğuran digər məsələlərə dair də fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi