Fransa vətəndaşları Eyfel qülləsindən çox “Londonun gözü”nə maraq göstərirlər

Fransa vətəndaşları Eyfel qülləsindən çox “Londonun gözü”nə maraq göstərirlər Bakı. 14 may. REPORT.AZ/ Fransa vətəndaşları Eyfel qülləsindən çox “Londonun gözü”nə maraq göstərirlər.
Turizm
14 May , 2018 14:14
Fransa vətəndaşları Eyfel qülləsindən çox “Londonun gözü”nə maraq göstərirlər

Bakı. 14 may. REPORT.AZ/ Fransa vətəndaşları Eyfel qülləsindən çox “Londonun gözü”nə maraq göstərirlər. 

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu 2 500-ə yaxın fransız arasında keçirilmiş sorğu nəticəsində məlum olub. 

Sorğuda iştirak edənlərin 39%-i paytaxt Parisdəki qülləni ziyərət etdiyi halda, 46%-i Böyük Britaniya paytaxtındakı çarxa baş çəkib. 

Respondentlərin yalnız 27%-i Luvr muzeyində, 23%-i isə Notr-Dam kilsəsində olub.  Görməli yerləri ziyarət etməyənlərin çoxu buna səbəb kimi həmin obyektlərdə həddindən artıq turist olduğunu göstərib. Sorğuda iştirak edənlərin bir qismi isə biletlərin baha olmasını və onlardan əvvəl ziyarət etmiş tanışlarının verdiyi mənfi rəyləri əsas göstərib.

Qeyd edək ki, Londondakı Bukinqem sarayı (44%), Nyu-Yorkdakı (ABŞ) Azadlıq Heykəli (28%), Romadakı (İtaliya) Kolizey (21%) və Barselonadakı (İspaniya) Müqəddəs Ailə kilsəsi (20%) fransızların digər ən çox ziyarət etdikləri görməli yerlər siyahısında yer alıb.

Son xəbərlər

Orphus sistemi