2020-ci ildə Bakıda baş tutacaq “Formula 1” və AVRO-2020-nin təşkilat komitələri, digər qurumların nümayəndələri ilə keçirilən görüşdə birgə işçi qrupunun yaradılmasına qərar verilib.
"Report" bu barədə Dövlət Turizm Agentliyinə istinadən xəbər verir.
Məlumata görə, Azərbaycan Turizm Bürosu, Bakı Şəhər Halqası, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) və Azərbaycan Hotellər Assosiasiyasının təşkilat heyətindən ibarət işçi qrupu ölkəyə daha çox turistin cəlb olunması və qonaqların vaxtlarını daha səmərəli keçirmələrini təmin etmək üçün birgə fəaliyyət göstərəcəklər.
Görüş çərçivəsində təkcə Bakı deyil, regionlar üzrə də təbliğatın aparılması, turizm məhsullarının yaradılması, eyni zamanda satış platformalarının müəyyən olunması imkanları və yolları kimi mövzular ətrafında da fikir mübadiləsi aparılıb.

