Finlandiya və İspaniya universitetləri ilə Azərbaycan Turizm və Menecment Universiteti ikili diplom layihəsi həyata keçirmək istəyir

Finlandiya və İspaniya universitetləri ilə Azərbaycan Turizm və Menecment Universiteti ikili diplom layihəsi həyata keçirmək istəyir Bakı. 5 aprel. REPORT.AZ/ Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) 6 ildir ki, əməkdaşlıq etdiyi Finlandiya və İspaniya universitetləri ilə ikili diplom layihəsi həyata keçirə bilər.
Turizm
152
5 Aprel , 2018 16:41
Finlandiya və İspaniya universitetləri ilə Azərbaycan Turizm və Menecment Universiteti ikili diplom layihəsi həyata keçirmək istəyir

Bakı. 5 aprel. REPORT.AZ/ Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) 6 ildir ki, əməkdaşlıq etdiyi Finlandiya və İspaniya universitetləri ilə ikili diplom layihəsi həyata keçirə bilər. 

Bu barədə “Report”a açıqlamasında ATMU-nun Beynəlxalq əlaqələr şöbəsinin müdiri Orxan Musa deyib. 

"Universitetin iştirak etdiyi müxtəlif beynəlxalq təhsil proqramları var. Bu iki universitet həmin proqramlar çərçivəsində əməkdaşlıq etdiyimiz universitetlərdir. Onlar bizimlə ikili diplom layihəsi həyata keçirmək istəyirlər. Sadəcə, maliyyə və akademik baxımdan format fərqliliyi var. Bu məsələlər hələ ki, müzakirə olunur". 

Son xəbərlər

Orphus sistemi