"EXPO-2025" Ümumdünya Sərgisinin keçiriləcəyi şəhər məlum olub

"EXPO-2025" Ümumdünya Sərgisinin keçiriləcəyi şəhər məlum olub Bakı. 23 noyabr. REPORT.AZ/ Fransanın paytaxtı Paris şəhərində keçirilən Beynəlxalq Sərgilər Bürosunun Baş Assambleyasının 164-cü sessiyasında EXPO-2025 Ümumdünya Sərgisinin təşkil olunacağı şəhər məlum olub.
Turizm
23 Noyabr , 2018 20:09
EXPO-2025 Ümumdünya Sərgisinin keçiriləcəyi şəhər məlum olub

Bakı. 23 noyabr. REPORT.AZ/ Fransanın paytaxtı Paris şəhərində keçirilən Beynəlxalq Sərgilər Bürosunun Baş Assambleyasının 164-cü sessiyasında "EXPO-2025" Ümumdünya Sərgisinin təşkil olunacağı şəhər məlum olub.

“Report” xəbər verir ki, bu, Yaponiyanın Osaka şəhəridir.

Qeyd edək ki, namizədlər arasında Osaka ilə yanaşı, Bakı və Yekaterinburqun da (Rusiya) adı var idi. Səsvermənin birinci mərhələsində Osaka 85, Yekaterinburq 48, Bakı isə 23 səs yığıb. Bununla da Bakı müsabiqədən ayrılıb. İkinci mərhələdə isə 92 səslə Osaka 61 səs toplayan Yekaterinburq üzərində qələbə qazanıb.

Xatırladaq ki, müsabiqənin şərtlərinə görə, qalib ölkə ümumi səslərin üçdə ikisini toplamalıdır.

Osaka 1970-ci ildə də bu sərgini qəbul edib.

Son xəbərlər

Orphus sistemi