Əbülfəs Qarayev: "Yanardağ" qoruğunun ərazisində insanların yaşaması problemlər yaradır"

Əbülfəs Qarayev: "Yanardağ" qoruğunun ərazisində insanların yaşaması problemlər yaradır" "Yanardağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun bərpası və abadlaşdırılması ilə bağlı layihə mövcuddur"
Turizm
31 yanvar 2018 08:12
Əbülfəs Qarayev: Yanardağ qoruğunun ərazisində insanların yaşaması problemlər yaradır
Sputnik / Murad Orujov

Bakı. 31 yanvar. REPORT.AZ/ "Yanardağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun bərpası və abadlaşdırılması ilə bağlı layihə mövcuddur. Hazırda layihənin başa çatdırılması üçün işlər görülür".

"Report" xəbər verir ki, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

Nazir əlavə edib ki, layihələndirmənin əsasında işlər görüləcək: "Amma orada insanlar yaşayır və bununla bağlı problemlər var. Bu məsələ həll olunandan sonra işlər görüləcək. Dövlət qurumları bu işlə məşğuldur. Cənab Prezidentin bununla bağlı iradı tamamilə haqlıdır. Bu çoxdan aktual olan bir məsələdir. Biz bu məsələyə çoxdan diqqət yetirməli idik. Təndiqdən nəticə çıxardacağıq".

Qeyd edək ki, Prezident İlham Əliyev ötən ilin dekabrın 29-da Mehdiabad-Digah-Məmmədli avtomobil yolunun açılışında iştirak etdikdən sonra “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunda olub.

Qoruqdakı vəziyyətlə tanış olan dövlət başçısı burada şəraitin dözülməz olduğunu bildirib. Qeyd edib ki, bu qoruğa həm Azərbaycan vətəndaşları, həm də çoxsaylı turistlər gəlir və buradakı şərait ölkəmizin bugünkü inkişaf səviyyəsinə uyğun deyil.

Prezident İlham Əliyev aidiyyəti dövlət qurumlarına ciddi tapşırıq verib ki, bu dözülməz vəziyyət qısa müddət ərzində aradan qaldırılsın, Azərbaycan vətəndaşları və turistlər üçün yüksək standartlara cavab verən şərait yaradılsın.

Son xəbərlər

Orphus sistemi