Əbülfəs Qarayev: "Mədəniyyət işçiləri turistlərin cəlb olunmasında, layihələrin həyata keçirilməsində fəaliyyətini davam etdirəcək"

Əbülfəs Qarayev: "Mədəniyyət işçiləri turistlərin cəlb olunmasında, layihələrin həyata keçirilməsində fəaliyyətini davam etdirəcək" Bakı. 10 may. REPORT.AZ/ Azərbaycanda turizm sənayesi iqtisadi axınla idarə olunacaq.
Turizm
10 May , 2018 13:11
Əbülfəs Qarayev: Mədəniyyət işçiləri turistlərin cəlb olunmasında, layihələrin həyata keçirilməsində fəaliyyətini davam etdirəcək
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev / Report
0 : 00
0 : 00

Bakı. 10 may. REPORT.AZ/  "Azərbaycanda turizm sənayesi iqtisadi axınla idarə olunacaq".

"Report" xəbər verir ki, bunu mədəniyyət naziri Əbülfəs Qarayev deyib.

Onun sözlərinə görə, turizm sahəsi rəhbərlik etdiyi qurumun tabeliyindən çıxarılsa da, nazirlik istiqamətini demək olar dəyişmir: " Azərbaycan turizmi bu gün iqtisadiyyatımıza böyük tövhə verməkdədir. Sözsüz ki, mədəniyyət işçiləri turistlərin cəlb olunmasında, layihələrin həyata keçirilməsində fəaliyyətini davam etdirəcək. Çünki muzeylərdə, qoruqlarda, hər sahədə görülən işlər Azərbaycanı mədəniyyət sahəsində tanıtmağa və dərindən öyrənməyə imkan verir. Hər zaman turistlərin üzünə açıq olacağıq və hesab edirəm ki, Azərbaycan mədəniyyəti sözün əsl mənasında vahid anlayış olaraq çoxsaylı qonaqların ölkəmizə cəlb edilməsinə və hörmət qazanmağa layiq olan bir sahədir".

Ə.Qarayev həmçinin əlavə edib ki, nazirlikdə kadr islahatları gözlənilir: "Yeniliklər həmişə olmalıdır". 

Son xəbərlər

Orphus sistemi