Əbülfəs Qarayev Avropa Tarixi Termal Şəhərlər Assosiasiyasının prezidenti ilə görüşüb

Əbülfəs Qarayev Avropa Tarixi Termal Şəhərlər Assosiasiyasının prezidenti ilə görüşüb Bakı. 30 may. REPORT.AZ/ Şabran rayonundakı “Qalaaltı” kurortunda Avropa Tarixi Termal Şəhərlər Assosiasiyası (EHTTA) Baş Assambleyasının “Termal şəhərlər” beynəlxalq mədəni marşrutunun konfransı başlayıb.
Turizm
30 May , 2018 16:05
Əbülfəs Qarayev Avropa Tarixi Termal Şəhərlər Assosiasiyasının prezidenti ilə görüşüb
mct.gov.az
0 : 00
0 : 00

Bakı. 30 may. REPORT.AZ/ Şabran rayonundakı “Qalaaltı” kurortunda Avropa Tarixi Termal Şəhərlər Assosiasiyası (EHTTA) Baş Assambleyasının “Termal şəhərlər” beynəlxalq mədəni marşrutunun konfransı başlayıb. 

Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, beynəlxalq konfrans çərçivəsində mədəniyyət naziri Əbülfəs Qarayev və assosiasiyanın prezidenti Giuseppe Bellandi arasında görüş olub.

Ə.Qarayev Azərbaycanın turizm potensialı haqqında geniş məlumat verib. O bildirib ki, son illər həyata keçirilən tədbirlər nəticəsində Azərbaycanda müxtəlif turizm növləri inkişaf etdirilib: “Qədim mədəniyyətə və tarixə sahib olan ölkəmiz mədəni irs nümunələri ilə də olduqca zəngindir. Bu baxımdan mədəni turizmin inkişafı üçün də böyük potensialımız var. Bu turizm növünü inkişaf etdirmək üçün bir sıra yerli və beynəlxalq turizm marşrutları fəaliyyət göstərir. Bu xüsusda “Böyük İpək Yolu”, “Aleksandr Düma Qafqazda”, “Azərbaycanda şərab yolu”, “Azərbaycanda alman izləri” və başqa beynəlxalq turizm marşrutları fəaliyyət göstərir”.

Nazir Avropa Tarixi Termal Şəhərlər Assosiasiyası Baş Assambleyasının “Termal şəhərlər” beynəlxalq mədəni marşrutunun növbəti konfransının Azərbaycanda keçirilməsinin əhəmiyyətini yüksək qiymətləndirib. O vurğulayıb ki, digər sahələrdə olduğu kimi, ölkədə mədəniyyətin, turizmin inkişafı üçün də beynəlxalq əməkdaşlığa xüsusi önəm verilir.

EHTTA-nın prezidenti Giuseppe Bellandi “Termal şəhərlər” beynəlxalq mədəni marşrutunun növbəti konfransının Azərbaycanda keçirilməsinə göstərdiyi dəstəyə görə öz minnətdarlığını ifadə edib.

Tədbirdə EHTTA-nın yüksək səviyyəli nümayəndələri, sağlamlıq və müalicəvi imkanları geniş olan xarici ölkələrin iştirakının önəmini vurğulayıb. Ölkəmizlə əlaqələrin daha da genişləndirilməsində maraqlı olduğunu deyən assosiasiya prezidenti buna Azərbaycanın zəngin mədəni irsi və böyük turizm potensialının geniş imkanlar açdığını diqqətə çatdırıb.

Son xəbərlər

Orphus sistemi