Əbu-Dabi iyulun 1-dən xarici qonaqlar üçün karantini ləğv edir

Əbu-Dabi iyulun 1-dən xarici qonaqlar üçün karantini ləğv edir Əbu-Dabi hazırda “yaşıl siyahı”da olmayan ölkələrdən gələn səyahətçilərin 10 gün karantində qalmasını tələb edir
Turizm
137
16 May , 2021 16:03
Əbu-Dabi iyulun 1-dən xarici qonaqlar üçün karantini ləğv edir

Əbu-Dabi iyulun 1-dən etibarən xaricdən gələn bütün qonaqlar üçün karantini ləğv edəcək.

“Report” “Gulfnews” qəzetinə istinadən xəbər verir ki, bu barədə Əbu-Dabi Mədəniyyət və Turizm İdarəsinin turizm və marketinq üzrə icraçı direktoru Əli Əl Şəybə bildirib.

“Bu, Dubay sisteminə bənzəyəcək: PZR (polimeraz zəncir reaksiyası) protokolunun tətbiqi yüksək riskli bölgələrdən aşağı riskli bölgələrə görə fərqlənəcək. Karantin variantı olmayacaq”, – Əl Şəybə deyib.

Əbu-Dabi hazırda “yaşıl siyahı”da olmayan ölkələrdən gələn səyahətçilərin 10 gün karantində qalmasını tələb edir.

“Biz genişlənmiş “yaşıl siyahı” elan edəcəyik – bu “yaşıl siyahı” istifadə etdiyimiz bazarların əksəriyyətini əhatə edəcək. Ümid edirəm ki, iyulun 1-dən hər kəsin Əbu-Dabiyə gəlməsinə icazə veriləcək”, – Əl Şəybə deyib.

Son xəbərlər

Orphus sistemi