Dünyanın ən yaxşı aeroportları açıqlanıb

Dünyanın ən yaxşı aeroportları açıqlanıb Ardıcıl dördüncü dəfə dünyanın ən yaxşı aeroportu adına Çanqi Beynəlxalq Hava Limanı layiq görülüb
Turizm
102
17 Mart , 2016 14:30
Dünyanın ən yaxşı aeroportları açıqlanıb

Bakı. 17 mart. REPORT.AZ/ Ardıcıl dördüncü dəfə dünyanın ən yaxşı aeroportu adına Sinqapurda yerləşən Çanqi Beynəlxalq Hava Limanı layiq görülüb.

"Report" "Skytrax" saytına istinadən xəbər verir ki, ikinci pillədə İnçhon Beynəlxalq Hava Limanı (Koreya Respublikası), üçüncü yerdə isə Münhen Beynəlxalq Hava Limanı (Almaniya) qərarlaşıb.

Bundan əlavə, "top-10"a Tokio, Honkonq, Naqoya, Sürix və London kimi şəhərlərdə yerləşən aeroportlar daxil olub.

İlk onluqda həmçinin Kansay Beynəlxalq Hava Limanı (Yaponiya) və Hamad Beynəlxalq Hava Limanı (Qətər) özünə yer edib.

Son xəbərlər

Orphus sistemi