Dünyanın ən bahalı şəhəri açıqlanıb

Dünyanın ən bahalı şəhəri açıqlanıb Bakı. 13 iyul. REPORT.AZ / İsveçrənin UBS bankı Qiymətlər və gəlirlər - 2018 tədqiqatında yaşayış məbləğinə görə dünya şəhərlərinin reytinqini açıqlayıb.
Turizm
13 İyul , 2018 16:19
Dünyanın ən bahalı şəhəri açıqlanıb

Bakı. 13 iyul. REPORT.AZ / İsveçrənin UBS bankı "Qiymətlər və gəlirlər - 2018" tədqiqatında yaşayış məbləğinə görə dünya şəhərlərinin reytinqini açıqlayıb.

Bu barədə Report Rusiya KİV-nə istinadən xəbər verir.

İsveçrənin Sürix şəhəri 116,8 balla ən bahalı şəhər adına layıq görülüb. Cenevrə ikinci, Oslo üçüncü yerdə qərarlaşıb.

İlk onluğa həmçinin Kopenhagen, Nyu-York, Tokio, Milan, London, Çikaqo və Helsinki daxildir.

Reytinqi tərtib edərkən UBS analitikləri dünyanın 77 şəhərində 128 mal və xidmətlərin qiymətlərini və 15 peşə nümayəndələrinin gəlirlərini müqayisə ediblər.

Son xəbərlər

Orphus sistemi