Yuxarı

Dünyanın 4-cü hündür zirvəsini fəth edən alpinist geri qayıdarkən ölüb

​Dünyanın 4-cü hündür zirvəsini fəth edən alpinist ölüb

Bolqarıstanlı alpinist İvan Tomov hündürlüyünə görə dünyanın dördüncü zirvəsi olan Lhotseyə (8516 metr) qalxan zaman ölüb.

"Report" xəbər verir ki, bu barədə Bolqarıstan milli radiosu məlumat yayıb.

Bildirilir ki, 35 yaşlı idmançı Rusiya vətəndaşı olan Anastasiya Runova ilə mayın 16-da zirvəni fəth edib. Həm də alpinist bunu oksigensiz və kənardan kömək olmadan edib. Lakin düşərgəyə geri qayıdan zaman gözlənilmədən halı pisləşib. Göstərilən tibbi yardıma baxmayaraq, alpinist vəfat edib.

Tomovun Broud-Pik (8051 m) və Manaslu (8156 m) zirvələni uğurla fəth etdiyi bildirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi