“Şahdağ Turizm Mərkəzi”nin nizamnamə kapitalı niyə azaldılıb?

“Şahdağ Turizm Mərkəzi”nin nizamnamə kapitalı niyə azaldılıb? Dövlət Turizm Agentliyi, ona məxsus “Şahdağ Turizm Mərkəzi” QSC-nin nizamnamə kapitalının 209 920 779 manat və yaxud 38,4 % azaldılaraq 546 775 725 manatdan 336 854 946 manata endirilməsinə aydınlıq gətirib.
Turizm
5 Yanvar , 2021 15:29
“Şahdağ Turizm Mərkəzi”nin nizamnamə kapitalı niyə azaldılıb?

Dövlət Turizm Agentliyi, ona məxsus “Şahdağ Turizm Mərkəzi” QSC-nin nizamnamə kapitalının 209 920 779 manat və yaxud 38,4 % azaldılaraq 546 775 725 manatdan 336 854 946 manata endirilməsinə aydınlıq gətirib.

Bu barədə "Report"a Agentliyin mətbuat katibi Kənan Quluzadə açıqlama verib.

Onun sözlərinə görə, kapital azalması turizm kompleksinin əmlakının hazırkı real dəyəri ilə bağlıdır.

"Bu qərar "Şahdağ Turizm Mərkəzi” balansında olan əmlakın ilkin dəyərinin 2020-ci il istismar müddətinə qədər olan amortizasiyası, yenidən qiymətləndirilməsi və real bazar dəyərinin müəyyənləşdiriməsinin nəticəsidir", - deyə o qeyd edib.

Xatırladaq ki, “Şahdağ Turizm Mərkəzi” 2015-ci ildə yaradılıb. Şahdağ milli parkının yaxınlığında salınmış kompleks Azərbaycanda ilk və ən böyük dağ-xizək kurortudur.

Son xəbərlər

Orphus sistemi