DTA: Hazırda azad edilmiş ərazilərin turizm potensialı ciddi araşdırılır

DTA: Hazırda azad edilmiş ərazilərin turizm potensialı ciddi araşdırılır Monitorinqlər hansı regionda hiking, hansı regionda sağlamlıq turizmi imkanların olduğunu müəyyənləşdirəcək
Turizm
23 Fevral , 2021 14:58
DTA: Hazırda azad edilmiş ərazilərin turizm potensialı ciddi araşdırılır

"Qış turizmi ilə əlaqədar olaraq bir sıra otellərdə müştərilərin sayı artıb. Bu səbəbdən də idarəetmə ilə bağlı bir sıra dəyişikliklər həyata keçirilib".

"Report" xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin (DTA) Aparatının rəhbəri Kənan Qasımov deyib.

K.Qasımovun sözlərinə görə, il ərzində 213 cərimə halı olub: "Bu 213 otelin cərimələnməsi demək deyil. Elə otel var ki, bir neçə dəfə cərimə olunub".

DTA-nın mətbuat katibi Kənan Quluzadə isə çıxışında bildirib ki, azad edilmiş ərazilərin turizm potensialı böyükdür və hazırda ciddi araşdırmalar aparılır:

"Hələlik hansısa regionda daha çox hansı turizmin inkişaf etdirmək imkanının olmasını demək tezdir. İlk olaraq monitorinqlər, araşdırmalar bitməlidir və biz ondan sonra biləcəyik ki, hansı regionda hiking, hansı regionda sağlamlıq turizmi imkanları çoxdur".

Son xəbərlər

Orphus sistemi