DTA: Belarusla qarşılıqlı məlumat mübadiləsi və səfərlər təşkil ediləcək

DTA: Belarusla qarşılıqlı məlumat mübadiləsi və səfərlər təşkil ediləcək Azərbaycan Dövlət Turizm Agentliyi ilə Belarus “Milli Turizm Agentliyi” arasında Anlaşma Memorandumu imzalanıb
Turizm
15 Aprel , 2021 12:09
DTA: Belarusla qarşılıqlı məlumat mübadiləsi və səfərlər təşkil ediləcək
Kənan Quluzadə

“Ötən gün Azərbaycan və Belarus prezidentlərin iştirakı ilə imzalanan "Turizm sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandum” Azərbaycan Dövlət Turizm Agentliyi ilə Belarus “Milli Turizm Agentliyi” arasındakı əməkdaşlığı bərabərlik əsasında möhkəmləndirəcək və inkişaf etdirəcək ”.

Bunu Dövlət Turizm Agentliyinin (DTA) mətbuat katibi Kənan Quluzadə “Report”a Anlaşma Memorandumu şərh edərkən deyib.

K.Quluzadənin sözlərinə görə, memorandum çərçivəsində bir sıra fəaliyyətlər nəzərdə tutulub:

“Memorandum çərçivəsində ikitərəfli qarşılıqlı təcrübə, hər iki ölkədə keçirilən tədbirlər haqqında məlumat mübadiləsinin aparılması nəzərdə tutulur. Həmçinin, gəlmə-getmə turizmi ilə məşğul olan turoperatorlar haqqında və turizm sahəsinin inkişafına dair məlumat mübadiləsinin həyata keçirilməsi nəzərdə tutulur.

Memorandumda nəzərə alınan digər məsələ hər iki ölkənin turoperatorların və agentlərinin, kütləvi informasiya vasitələrinin nümayəndələrinin qarşılıqlı səfərlərinin təşkilidir”.

Xatırladaq ki, Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana rəsmi səfəri çərçivəsində ötən gün hər iki ölkənin prezidentinin iştirakı ilə Azərbaycan-Belarus sənədlərinin imzalanması mərasimi olub.

Sərhəd Xidmətinin məlumatına əsasən 2021-ci ilin yanvar-fevral aylarında Azərbaycana dünyanın 123 ölkəsindən 72,1 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,9 dəfə az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmiş və baş tutmuş səfərlər əsas etibarilə qeyri-turizm məqsədilə həyata keçirilib.

Azərbaycana səfər edən turistlərin 1 %-i Belarus Respublikasının vətəndaşlarının payına düşür. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 2,6 dəfə azalma deməkdir.

Son xəbərlər

Orphus sistemi