Dövlət Turizm Agentliyi: "Polşa ilə birbaşa uçuş turizm axınını artıracaq"

Dövlət Turizm Agentliyi: "Polşa ilə birbaşa uçuş turizm axınını artıracaq" Azərbaycan və Polşa turizm vasitəsilə ikitərəfli əlaqələrini daha da möhkəmləndirmək istəyir.
Turizm
28 May , 2022 18:22
Dövlət Turizm Agentliyi: Polşa ilə birbaşa uçuş turizm axınını artıracaq

Azərbaycan və Polşa turizm vasitəsilə ikitərəfli əlaqələrini daha da möhkəmləndirmək istəyir.

"Report"un məlumatına görə, bunu Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov bildirib.

Onun sözlərinə görə, Polşanın "LOT" aviaşirkətinin Bakıya uçuşlara başlaması turizm axınını artıracaq və iki ölkə arasında əlaqələri daha da yaxşılaşdıracaq.

"Bu aviareysin açılması xalqların daha da yaxınlaşmasına dəstək olacaq. Azərbaycanda Polşanın mədəni irsi mövcuddur. Dövlət Turizm Agentliyi Azərbaycan tanıtımı ilə bağlı bir sıra tədbirlər təşkil edib və bu reysin açılmasına dəstək olub", - deyə K.Qasımov qeyd edib.

Bu gün səhər Heydər Əliyev Beynəlxalq Aeroportunda “LOT” aviaşirkətinin Varşavadan yerinə yetirilmiş ilk sərnişin reysinin təntənəli açılışı olub. Ənənəvi olaraq Bakı Beynəlxalq Hava Limanında yeni aviadaşıyıcının təyyarəsi su tağı ilə qarşılanıb. Varşavadan Bakıya və geriyə uçuşlar həftədə dörd dəfə yerinə yetiriləcək.

Son xəbərlər

Orphus sistemi