Dövlət Turizm Agentliyi: "422 hoteldə 33 505 dəfə monitorinq həyata keçirilib"

Dövlət Turizm Agentliyi: "422 hoteldə 33 505 dəfə monitorinq həyata keçirilib" Dövlət Turizm Agentliyi Nazirlər Kabinetinin 8 avqust 2020-ci il tarixli “Koronavirus (COVID-19) pandemiyası dövründə mehmanxanaların fəaliyyətinin təşkil edilməsi Qaydaları”nın icrasına nəzarət məqsədilə həmin il avqustun 24-dən müvafiq dövlət qurumları
Turizm
9 Avqust , 2022 17:25
Dövlət Turizm Agentliyi: 422 hoteldə 33 505 dəfə monitorinq həyata keçirilib

Dövlət Turizm Agentliyi Nazirlər Kabinetinin 8 avqust 2020-ci il tarixli “Koronavirus (COVID-19) pandemiyası dövründə mehmanxanaların fəaliyyətinin təşkil edilməsi Qaydaları”nın icrasına nəzarət məqsədilə həmin il avqustun 24-dən müvafiq dövlət qurumları ilə birlikdə 422 hoteldə 33 505 dəfə monitorinq həyata keçirib.

Bu barədə "Report"un sorğusuna cavab olaraq qurumdan bildirilib.

"Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tələblərinə əməl olunmasının yoxlanılması məqsədilə keçirilən monitorinqlər 2022-ci ilin mart ayınadək intensiv olaraq aparılıb. Karantin qaydalarının yumşaldılması və məhdudiyyətlərin aradan qaldırılması səbəbindən aprel ayından etibarən bu intensivlik azalsa da, monitorinqlər hazırda da davam etdirilir", - Agentlik bəyan edib.

Bundan başqa, açıqlamada deyilir ki, pandemiya dövründə keçirilmiş monitorinqlərdə ictimai qurumlar iştirak etməyib, onların təşəbbüsü ilə yerləşmə vasitələrində və istirahət mərkəzlərində aparılan hər hansı yoxlamalar barədə Agentliyə məlumat daxil olmayıb.

Xatırladaq ki, bu günlərdə özlərini ictimai qurumların nümayəndələri kimi təqdim edən bir qrup şəxsin Lerik rayonunda fəaliyyət göstərən turizm obyektlərinin sahiblərindən şantaj yolu ilə pul tələb etməsi barədə məlumatlar yayılıb.

Son xəbərlər

Orphus sistemi