Daxili turizmə həsr olunmuş kampaniyanın təqdimatı keçirilib

Daxili turizmə həsr olunmuş kampaniyanın təqdimatı keçirilib Bu gün Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosu ölkədaxili turizmə həsr olunmuş kampaniyanın təqdimatını keçirib.
Turizm
11 Mart , 2020 11:07
Daxili turizmə həsr olunmuş kampaniyanın təqdimatı keçirilib

Bu gün Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosu ölkədaxili turizmə həsr olunmuş kampaniyanın təqdimatını keçirib. 

"Report" xəbər verir ki, “Macəra Yaxındadır!” adlı kampaniyanın məqsədi dövlət səviyyəsində daxili turizmi təbliğ etmək, yerli əhalini ölkənin turizm imkanlarından yararlanmağa təşviq etməklə Azərbaycan vətəndaşları üçün təqdim edilən bütün turizm təkliflərini bir araya gətirməkdir.

Kampaniya ölkə vətəndaşları, Azərbaycanda müvəqqəti və yaxud daimi yaşamaq icazəsi olan fiziki şəxslər arasında ölkədaxili turizmin inkişaf etdirilməsinə yönəlib. 

Belə ki, www.macerayaxindadir.az veb-səhifəsində kampaniyanın tərəfdaşı olan turizm şirkətlərinin və hotellərin irəli sürdüyü xüsusi endirimli turizm xidmətləri və ya turizm paketlərindən ibarət təkliflər yerləşdiriləcək. Kampaniyaya çərçivəsində bütün yerli şirkətlər əməkdaşlığa dəvət olunurlar.

Ölkədaxili turizm fəaliyyəti üzrə dövlət tənzimlənməsinin bir istiqaməti olaraq kampaniya ölkədaxili turizmin inkişafını və fəallaşmasını təmin edəcək. 

Tədbir çərçivəsində, həmçinin xarici turistlər üçün nəzərdə tutulmuş, bir çox funksiyanı özündə cəmləşdirən, turistlərə müxtəlif seçimlər təklif edən “azerbaijan.travel” saytının təkmilləşdirilmiş və yenilənmiş versiyasının təqdimatı keçirilib. Yeni sayt turistlərə ölkənin turizm potensialı haqqında yetərincə məlumat verməklə yanaşı, uçuş biletləri, mehmanxana və müxtəlif tur paketlərini müqayisəli formatda təqdim edərək çoxçeşidli imkanlar tanıyır. 

Eyni zamanda Azərbaycanın turizm potensialından bəhs edən xarici auditoriya üçün nəzərdə tutulmuş “Experience Azerbaijan” jurnalının ikinci nüsxəsi ictimaiyyətə təqdim edilib.

Son xəbərlər

Orphus sistemi