COVID-19-a qarşı aşılanmış turistlər iyunun 7-dən İspaniyaya səfər edə biləcəklər

COVID-19-a qarşı aşılanmış turistlər iyunun 7-dən İspaniyaya səfər edə biləcəklər Bu barədə bu gün İspaniyanın baş naziri Pedro Sançes bildirib
Turizm
21 May , 2021 16:28
COVID-19-a qarşı aşılanmış turistlər iyunun 7-dən İspaniyaya səfər edə biləcəklər

Avropa Dərman Preparatları Agentliyi (EMA) və ya Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən təsdiqlənmiş koronavirus peyvəndi ilə vaksinasiya edilən xarici turistlər iyunun 7-dən İspaniyaya səfər edə biləcəklər.

“Report” TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə bu gün İspaniyanın baş naziri Pedro Sançes bildirib.

O ümidvardır ki, Avropa peyvənd sertifikatları qarşıdan gələn yayın turizm sənayesi üçün 2020-ci ilə nisbətən daha yaxşı olmasına imkan verəcək.

Son xəbərlər

Orphus sistemi