CNN: Azərbaycan dağ və palçıq vulkanları, multikulturalizm və muğam ölkəsidir

CNN: Azərbaycan dağ və palçıq vulkanları, multikulturalizm və muğam ölkəsidir "Azərbaycanlılar o qədər çox qonaqpərvərdirlər ki, bölgələrdə mütləq sizi evinə qonaq dəvət edəcək biri ilə rastlaşacaqsınız"
Turizm
23 Aprel , 2018 14:27
CNN: Azərbaycan dağ və palçıq vulkanları, multikulturalizm və muğam ölkəsidir

Bakı. 23 aprel. REPORT.AZ/ ABŞ-ın tanınmış "CNN Travel" telekanalı Azərbaycanın görməli yerləri və turistik imkanlarına həsr olunmuş məqalə dərc edib.

"Report" xəbər verir ki, məqaladə Azərbaycanın dağ və palçıq vulkanları, multikulturalizm və muğam ölkəsi olduğu göstərilir.

"Şərqlə Qərbi birləşdirən bu ölkə insanları və mədəniyyəti ilə möhtəşəm mənzərə yaradır. Ölkə Türkiyə, Rusiya və İran yollarının kəsişməsində yerləşən möhtəşəm yerləri əks etdirir", - məqalədə deyilir.

"CNN Travel" xüsusilə labirentli yollar, rəssamların studiyaları, kafe və muzeylərlə zəngin İçərişəhərin xarakterik atmosferini vurğulayır.

Məqalədə Azərbaycanın zəngin tarixə və mədəniyyətə malik olduğu qeyd edilir və ölkəni ziyarət edənlərə bir neçə muzeyə - Heydər Əliyev Mərkəzinə və Xalça Muzeyinə, eləcə də turistlərin 6 min qayaüstü rəsmlər və palçıq vulkanları ilə tanış ola biləcəyi Qobustan Milli Parkına baş çəkmək tövsiyə olunur.

Həmçinin azərbaycanlı sənətkarların əl işləri ilə tanış olmaq, Şəkidə şirniyyat yemək, Qubada yüksək dağ kəndlərinə baş çəkmək, həftəsonunu Naxçıvanda keçirmək, Göygölün ətrafındakı təbiət gözəlliyindən zövq almaq tövsiyə edilir.

"Azərbaycanlılar o qədər çox qonaqpərvərdirlər ki, bölgələrdə mütləq sizi evinə qonaq dəvət edəcək qonaqpərvər biri ilə rastlaşacaqsınız. Evdə sizə dolma, plov və sonsuz çay təklif olunacaq", - məqalədə deyilir.

Son xəbərlər

Orphus sistemi