Çin daxili turizmini bərpa etdi

Çin daxili turizmini bərpa etdi Turizm gəliri 466,56 milyard yuana (təqribən 68,5 milyard ABŞ dollarına) çatıb və bu, 2019-cu ilin eyni dövründə əldə edilən gəlirin 69,9%-inə bərabərdir
Turizm
31 Oktyabr , 2020 12:31
Çin daxili turizmini bərpa etdi

Çinin daxili turizminin ilin sonuna qədər tam şəkildə bərpası gözlənilir.

“Report” xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə məlumatı Çinin Səyahət Agentliyi yayıb.

Qeyd edilib ki, bu ilin sonunda Yeni il və digər mərasimlərlə bağlı daxili turizmdə artım meylləri gözlənilir.

Çinin daxili turizmi bu günə qədər 80%-ə qədər özünü bərpa edib və bəzi istiqamətlər üzrə artıq müsbət tendensiyalar qeydə alınıb.

Artıq ölkə daxilində turlar təşkil edilir. Çinin Mədəniyyət və Turizm Nazirliyi 1-8 oktyabr tarixlərində keçirilmiş festival tətilində ölkə daxilində ümumilikdə 637 milyon insanın səfər etdiyini bildirib. Nazirliyin verdiyi məlumata görə, turizm gəliri 466,56 milyard yuana (təqribən 68,5 milyard ABŞ dollarına) çatıb və bu, 2019-cu ilin eyni dövründə əldə edilən gəlirin 69,9%-inə bərabərdir.

Hazırda koronavirus pandemiyası dünyanın bir sıra yerlərində yayılmağa başlayıb. Buna görə də çinli turistlər əsasən ölkə daxilində səyahət edirlər.

Yerli səyahətçilərin xərcləmə vərdişlərində də dəyişikliklər baş verib. Məsələn, getdikcə daha çox insan hotelin yerini təyinat kimi götürür və müxtəlif xidmətlərindən zövq alaraq təklif etdiyi tədbirlərdə iştirak edərək günlərini orada keçirirlər.

Bu yeni tendensiyalar pandemiyadan əvvəl meydana gəlib.

Xatırladaq ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş bəyan etmişdi ki, dünyada turizm sektorunda itki 1,2 trilyon ABŞ dollara çata bilər. Bu ilin ilk səkkiz ayında dünyada turist səfərlərinin sayı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 70% azalıb.

O cümlədən aylar üzrə illik müqayisədə iyulda 81%, avqustda 79%-lik azalma qeydə alınıb. Yanvar-avqust aylarında 2019-cu ilin eyni dövrü ilə müqayisədə 700 milyon az səyahət qeydə alınıb. İqtisadi itkilər 730 milyard ABŞ dollarına çatıb ki, bu da 2009-cu il böhranından 8 dəfə çoxdur.

Qeyd edək ki, 2019-cu ildə Ümumdünya Turizm Təşkilatı dünyada 1,5 milyard beynəlxalq turist səfəri qeydə almışdı.

Son xəbərlər

Orphus sistemi