Cənubi Sinayın qubernatoru​: “Azərbaycanla Misir arasında əməkdaşlıq üçün böyük imkanlar mövcuddur”

Cənubi Sinayın qubernatoru​: “Azərbaycanla Misir arasında əməkdaşlıq üçün böyük imkanlar mövcuddur” Misirdə səfərdə olan bir qrup azərbaycanlı jurnalist general Xalid Fouda ilə görüşüb
Turizm
17 İyun , 2016 16:51
Cənubi Sinayın qubernatoru​: “Azərbaycanla Misir arasında əməkdaşlıq üçün böyük imkanlar mövcuddur”

Bakı. 17 iyun. REPORT.AZ/ Misirdə səfərdə olan bir qrup azərbaycanlı jurnalist Cənubi Sinay vilayətinin qubernatoru, general Xalid Fouda ilə görüşüb. 

"Report"un məlumatına görə, görüşdə Azərbaycanla Misir arasında turizm əlaqələrinin genişləndirilməsi müzakirə olunub. 

X.Fouda bildirib ki, Şarm əş-Şeyx aeroprortunda və şəhərdə təhlükəsizlik yüksək səviyyədədir: "Qarşılıqlı səfərlər nəticəsində Şarm əş-Şeyxlə Bakı arasında birbaşa aviareys açılıb. Azərbaycanla Misir arasında turizm və digər sahələrdə əlaqələrin genişləndirilməsi üçün böyük imkanlar mövcuddur. İki ölkə arasında çox yaxın diplomatik münasibətlər mövcuddur. May ayında Bakıda Azərbaycanla Misir arasında turizm və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün müxtəlif görüşlərimiz, tədbirlərimiz keçirildi. Biz ümid edirik ki, qarşılıqlı əməkdaşlıq münasibətləri hər iki ölkənin inkişafına təkan verəcək. Şarm əş-Şeyx şəhəri böyük sayda turist qəbul etmək iqtidarındadır. Bunun üçün hər cür imkanlarımız var. Turizmin inkişaf etdirilməsi istiqamətində bir sıra yeni layihələr həyata keçiriləcək. Hətta gələcəkdə turistlərin vaxtlarını səmərəli şəkildə keçirmələri üçün “Disneyland” kimi böyük əyləncə mərkəzinin tikilməsini planlaşdırmışıq. Bütün işləri həyata keçirmək üçün zamana ehtiyac var”.

Onun sözlərinə görə, Şarm əş-Şeyxdə idman turizmi baxımından da perspekivlər var: “Hazırda qubernatorluğun ərazisində 5 müxtəlif təbiət parkı mövcuddur. Biz artıq qarşımıza yaşıl, ekoloji bir şəhər yaratmağı məqsəd qoymuşuq”.

General X.Fouda Sinay yarımadasında Rusiyaya məxsus təyyarənin qəzaya uğraması məsələsinə də toxunub: "Şarm əş-Şeyx - Sankt-Peterburq aviareysi ilə hərəkət edən təyyarədə (“Airbus A320”) təhlükəsizlik məsələləri sıfır vəziyyətində olub. Təyyarənin təhlükəsizlik vəziyyətinin aşağı olması sənədlərlə isbat edilib".

Görüşün sonunda qubernator azərbaycanlı jurnalistlərin suallarını cavablandırıb.

Qeyd edək ki, iyunun 10-17-də Azərbaycanın müxtəlif media orqanlarının əməkdaşları üçün Misirin Şarm əş-Şeyx, Qahirə və İsgəndəriyyə şəhərlərinə infotur təşkil olunub.

Son xəbərlər

Orphus sistemi