Yuxarı

Bu ilin I yarısında Rusiyadan Azərbaycana 350 mindən çox səfər olub

Bu ilin I yarısında Rusiyadan Azərbaycana 350 mindən çox səfər olub

Bu ilin yanvar-iyun aylarından Rusiyadan Azərbaycana 352,8 min nəfər səfər edib. 

“Report” bu barədə Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinə istinadən xəbər verir. 

Məlumatda deyilir ki, 6 ay ərzində rusiyalılar xaricə 21,2 milyon dəfə səfər ediblər. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 6,7% çoxdur. Rusiya vətəndaşları ən çox Türkiyə və Finlandiyaya gedib. Belə ki, son 1 ildə Türkiyəyə səfərlər 16% artaraq 2,74 milyona, Finlandiyaya səfərlər isə 5% artaraq 1,8 milyona çatıb. 

Hesabat dövründə Rusiyadan Qazaxıstana 1,5 milyon (+7,3%), Çinə 1,2 milyon (+16%), Ukraynaya 1,08 milyon (-1%) dəfə səfər reallaşdırılır. Sonrakı yerləri Estoniya (886,2 min), Almaniya (686,2 min), Tayland (686,6 min) və Gürcüstan (657,2 min) tutub.

II populyar ölkələrin onluğunda isə İtaliya (636,7 min), Polşa (549 min) və Birləşmiş Ərəb Əmirlikləri (517,3 min) gəlir. Sonrakı yerləri İspaniya (461,7 min), Kipr (361 min), Azərbaycan (352,8 min), Litva (339,6 min), Vyetnam (314 min), Fransa (275,3 min), Yunanıstan (275 min) və Çexiya (267,7 min) kimi ölkələr tutub.

Bu ilin ilk 6 ayında səfərlərdə ən ciddi artım Gürcüstan (+29%) və Özbəkistan (+40%) istiqamətlərində qeydə alınıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi