Bakı. 12 iyul. REPORT.AZ/ Bu ilin birinci yarısında 98 Azərbaycan vətəndaşı turist kimi İsrailə səfər edib.
Bu barədə "Report"a İsrailin Azərbaycandakı səfirliyindən məlumat veriblər.
Məlumata görə, keçən il 139 azərbaycanlı turist İsraildə səfərdə olub və onlardan 81 nəfəri səfəri 2016-cı ilin yanvar-iyun aylarında həyata keçirib.
Qeyd edək ki, bu ilin ilk yarısında İsrailə ümumilikdə rekord sayda - 1,7 milyon turist səfər edib. Bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə 26% çoxdur.