Bu ilin 6 ayında Naxçıvandan Bakıya 10 mindən çox sərnişin daşınıb

Bu ilin 6 ayında Naxçıvandan Bakıya 10 mindən çox sərnişin daşınıb 2019-cu ilin 6 ayı ərzində Naxçıvandan Bakıya 386 reys edilib, 10 min 37 sərnişin daşınıb.
Turizm
9 İyul , 2019 23:48
Bu ilin 6 ayında Naxçıvandan Bakıya 10 mindən çox sərnişin daşınıb

2019-cu ilin 6 ayı ərzində Naxçıvandan Bakıya 386 reys edilib, 10 min 37 sərnişin daşınıb.

“Report” Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Mətbuat xidmətinə istinadən xəbər verir ki, bu barədə muxtar respublikanın Dövlət Nəqliyyat Xidmətinin rəisi Əli Hüseynəliyev bildirib.

O, qeyd edib ki, yanvarın 10-dan Naxçıvan-Bakı-Naxçıvan marşrutunun gündüz reysləri ilə yanaşı, axşam reysləri də təşkil edilib. Cari ilin birinci yarım ilində Bakıdan Naxçıvana isə 387 reys olunub, muxtar respublikaya 11 min 109 sərnişin gəlib.

Son xəbərlər

Orphus sistemi