Bu il turizm sektorunda 50 milyon insan işini itirəcək

Bu il turizm sektorunda 50 milyon insan işini itirəcək “Koronavirusun (Covid 19) yayılması qlobal turizm sektoruna kəskin təsir edəcək. Son nəticədə bütün dünyada bu sektorda işləyən 50 milyon insan öz işini itirə bilər”.
Turizm
13 Mart , 2020 18:51
Bu il turizm sektorunda 50 milyon insan işini itirəcək

“Koronavirusun (Covid 19) yayılması qlobal turizm sektoruna kəskin təsir edəcək. Son nəticədə bütün dünyada bu sektorda işləyən 50 milyon insan öz işini itirə bilər”.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bunu Ümumdünya Səyahət və Turizm Şurasının (WTTC) prezidenti Qloria Quevera açıqlayıb.

Onun sözlərinə görə, bu il qlobal səyahət bazarı 25% azala bilər. Bu isə sektorda çalışanların 12%-14%-nin işlərini itirməsinə səbəb olacaq.

Bundan başqa, WTTC hökumətlərə viza müraciətlərini asanlaşdırmağı, turizm sektoruna tətbiq olunan vergiləri azaltmağı və təşviq paketlərinin ayrılmasını tövsiyə edib.

Son xəbərlər

Orphus sistemi