Bu il Azərbaycandan Gürcüstana səfər edənlərin sayı açıqlanıb

Bu il Azərbaycandan Gürcüstana səfər edənlərin sayı açıqlanıb Tbilisi. 6 noyabr. REPORT.AZ/ Azərbaycandan ötən ay Gürcüstana 110 955 nəfər səfər edib.
Turizm
6 Noyabr , 2018 11:57
Bu il Azərbaycandan Gürcüstana səfər edənlərin sayı açıqlanıb

Tbilisi. 6 noyabr. REPORT.AZ/ Azərbaycandan ötən ay Gürcüstana 110 955 nəfər səfər edib.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Milli Turizm Administrasiyasının rəhbəri Giorgi Çoqovadze bu gün keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, Azərbaycandan Gürcüstana səfər edənlərin sayında illik müqayisədə 4,7% artım qeydə alınıb. Bu ilin yanvar-oktyabr aylarında isə Azərbaycandan qonşu ölkəyə səfər edənlərin sayı 1 205 802 nəfər təşkil edib. Bu da ötən ilin eyni göstəricisindən 10,3% çoxdur.

İlin ilk 10 ayı ərzində qonşu ölkəyə səfər edənlərin sayı baxımından Azərbaycan Rusiyadan (1 249 072 nəfər) sonra ikinci yeri tutub. Üçüncü yerdə isə 1 063 389 nəfərlə Ermənistan qərarlaşıb. 

Oktyabr ayında Gürcüstana ümumilikdə, 719 140 nəfər əcnəbi ziyarətçi səfər edib ki, bu da illik müqayisədə 9% çoxdur. Səfər edənlərin 407 221 nəfərini turistlər təşkil edib.

İlin ilk 10 ayında isə qonşu ölkəyə ümumilikdə, 7 507 517 nəfər əcnəbi baş çəkib. İllik müqayisədə bu göstərici 11% çoxdur. Ziyarətçilərin 4 719 323 nəfəri turist olub.

G.Çoqovadze həmçinin deyib ki, bu ilin yanvar-sentyabr aylarında Gürcüstanın turizmdən əldə etdiyi gəlir 2,571 mlrd. dollar təşkil edib. Bu məbləğ ötən ilin analoji göstəricisindən 20,5% yaxud 438 mln. dollar çoxdur. 

Son xəbərlər

Orphus sistemi