Bu il Acarıstana 70 mindən çox Azərbaycan vətəndaşı səfər edib

Bu il Acarıstana 70 mindən çox Azərbaycan vətəndaşı səfər edib Bu ilin yanvar-iyun aylarında Gürcüstanın Acarıstan Muxtar Respublikasına (MR) 70 673 Azərbaycan vətəndaşı səfər edib.
Turizm
10 İyul , 2019 19:41
Bu il Acarıstana 70 mindən çox Azərbaycan vətəndaşı səfər edib

Bu ilin yanvar-iyun aylarında Gürcüstanın Acarıstan Muxtar Respublikasına (MR) 70 673 Azərbaycan vətəndaşı səfər edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə MR-in Turizm və Kurortlar Departamentindən bildirilib.

Hesabat dövründə Azərbaycan Acarıstana səfər edən əcnəbilərin sayı baxımından ikinci olub.

Birinici yerdə Türkiyə (384 956 nəfər), üçüncü yerdə isə Rusiya (51 279 nəfər) qərarlaşıb.

Bu ilin ilk yarısında muxtar respublika, ümumilikdə, 660 970 əcnəbi ziyarətçi qəbul edib ki, bu da illik müqayisədə 3,4% çoxdur.

Qeyd edək ki, ötən il Acarıstana səfər edən Azərbaycan vətəndaşlarının sayı 204 562 nəfər təşkil edib.


Son xəbərlər

Orphus sistemi