Bolqarıstanda QDİƏT-ə üzv ölkələrin turizm nazirlərinin görüşü keçiriləcək

Bolqarıstanda QDİƏT-ə üzv ölkələrin turizm nazirlərinin görüşü keçiriləcək Tədbir ölkənin Avropa İttifaqı Şurasına sədrliyi zamanı baş tutacaq
Turizm
17 Noyabr , 2017 03:57
Bolqarıstanda QDİƏT-ə üzv ölkələrin turizm nazirlərinin görüşü keçiriləcək

Sofiya. 17 noyabr. REPORT.AZ/ Bolqarıstan 2018-ci ilin iyun ayında Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) üzv ölkələrin turizm nazirlərinin görüşünü təşkil edəcək.

“Report”un Şərqi Avropa bürosunun məlumatına görə, bunu Bolqarıstanın turizm naziri Nikolina Angelova bu ölkədə səfərdə olan QDİƏT-in Parlament Assambleyasının baş katibi Asəf Hacıyevlə görüşündə bildirib.

“Bu iclas Bolqarıstanın Avropa İttifaqı Şurasına sədrliyi zamanı təqvimdə nəzərdə tutulan tədbirlərdən biri olacaq”, - deyə nazir əlavə edib.

O həmçinin bildirib ki, cari ilin 9 ayı ərzində Bolqarıstana QDİƏT-ə üzv ölkələrdən 3,5 milyona yaxın turist səfər edib. Asəf Hacıyev isə öz növbəsində vurğulayıb ki, təşkilat Qara dəniz regionunun turizm sektorunun inkişafına böyük önəm verir.

“Növbəti il biz QDİƏT PA-nın 25 illik yubileyini qeyd edəcəyik və bu məqsədlə turizm sahəsində birgə layihələrin təşkilində turizm nazirlikləri ilə əməkdaşlıq etmək niyyətindəyik”, - deyə A. Hacıyev əlavə edib.

Görüşdə həmçinin Qara dənizdə kruiz turizminin inkişafı imkanları da müzakirə olunub. 

Son xəbərlər

Orphus sistemi