Bolqarıstan şirkətləri Gəncə Şərab Festivalına dəvət olunub

Bolqarıstan şirkətləri Gəncə Şərab Festivalına dəvət olunub Tədbir dekabrın 19-da keçiriləcək
Turizm
11 Dekabr , 2016 22:56
Bolqarıstan şirkətləri Gəncə Şərab Festivalına dəvət olunub

Sofiya. 11 dekabr. REPORT.AZ/ Dekabrın 19-da Gəncə şəhərində keçiriləcək IV Beynəlxalq Şərab Festivalına Bolqarıstan şirkətləri də dəvət olunub.

“Report”un Şərqi Avropa bürosu Azərbaycanın Bolqarıstandakı səfirliyinə istinadən xəbər verir ki, dünyanın şərabçılıq sahəsində qabaqcıl ölkələri - ABŞ, Rusiya, Almaniya, İspaniya, Fransa, Çexiya, Rumıniya, Türkiyə və Ukrayna nümayəndələrinin iştirak edəcəyi festivalda bolqar şərabçıları da istehsal etdikləri məhsulları ilə təmsil olunmaq imkanı qazanıblar.

Festival çərçivəsində qonaqlar, həmçinin “2016-cı il Avropa gənclər paytaxtı” olan Gəncə şəhəri ilə yaxından tanış olacaqlar.

2012-ci ildən etibarən keçirilən festivalda təqdim olunan şərablar beynəlxalq münsiflər heyəti tərəfindən dadılır və ardınca qaliblər müəyyən edilir.

Son xəbərlər

Orphus sistemi