BMT pandemiya zamanı turizm sektorunun itkilərini hesablayıb

BMT pandemiya zamanı turizm sektorunun itkilərini hesablayıb ​​​​​​​Yeni növ koronavirusun yayılması səbəbiylə 2020-ci ildə beynəlxalq turizm sektorunun itkisi 320 milyard ABŞ dollarına çatıb
Turizm
400
29 İyul , 2020 11:06
BMT pandemiya zamanı turizm sektorunun itkilərini hesablayıb

Yeni növ koronavirusun yayılmasına görə 2020-ci ildə beynəlxalq turizm sektorunun itkisi 320 milyard ABŞ dollarına çatıb ki, bu da 2009-cu ildə iqtisadi böhran səbəbindən bu sahədə yaşanan itkidən üç dəfədən də çoxdur.

“Report” xəbər verir ki, bu barədə BMT-nin Ümumdünya Turizm Təşkilatı (UNWTO) məlumat verib.

UNWTO qeyd edir ki, koronavirus səbəbindən tətbiq edilən məhdudiyyətlər və ölkələrin, demək olar, tamamilə bağlanması nəticəsində turistlərin sayı 300 milyon azalıb.

Yanvar-may aylarında keçən ilin eyni dövrü ilə müqayisədə dünya ölkələrinə turist səfərlərinin sayı 56% azalıb. May ayında səfərlərin sayı 2019-cu ilin analoji dövrü ilə müqayisədə 98% azalıb.

Son xəbərlər

Orphus sistemi