BMT: Kütləvi peyvəndləmə turizmin bərpasına gətirib çıxaracaq

BMT: Kütləvi peyvəndləmə turizmin bərpasına gətirib çıxaracaq Əhalinin böyük hissəsinin peyvəndləməsi və rəqəmsal texnologiyaların geniş tətbiqi beynəxalq turizmdə artıma səbəb olacaq. “Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Turizm Təşkilatının saytında məlumat verilib.
Turizm
148
5 İyul , 2021 16:28
BMT: Kütləvi peyvəndləmə turizmin bərpasına gətirib çıxaracaq

Əhalinin böyük hissəsinin peyvəndlənməsi və rəqəmsal texnologiyaların geniş tətbiqi beynəlxalq turizmdə artıma səbəb olacaq.

Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Turizm Təşkilatının saytında məlumat verilib.

“Vaksinləmə səviyyəsinin yüksək olduğu və hökumətlərin razılaşdırılmış qaydalar üzərində işləmək iqtidarında olduğu istiqamətlər turizmin bərpası baxımından daha çox imkanlara malikdir”, - ÜTT-nin məlumatında deyilir.

Təşkilat onu da qeyd edir ki, səfər məhdudiyyətləri ilə bağlı regional fərqlər davam etməkdədir. Məsələn, Asiya-Sakit okean regionu üzrə istiqamətlərin 70%-i tam bağlı olduğu halda, Avropada bu göstərici 13%, Şimali Amerikada 20%, Afrikada 19%, Yaxın Şərqdə 31% təşkil edir. Əksər hallarda tam peyvənd olunmuş şəxslərə qarşı məhdudiyyətlər saxlanılmaqdadır, lakin yaxın həftələr ərzində bu baxımdan vəziyyətin əhəmiyyətli dərəcədə dəyişəcəyi gözlənilir.

Xatırladaq ki, dünyada yalnız 3 ölkədə - Albaniya, Kosta-Rika və Dominikan Respublikasında turistlər üçün heç bir məhdudiyyət yoxdur. 2021-ci il iyunun 1-nə olan məlumata görə, dünya üzrə bütün turizm istiqamətlərindən 29%-i beynəlxalq turizm üçün tam olaraq bağlıdır.

Son xəbərlər

Orphus sistemi