BMT Azərbaycanda turizm üzrə təhsilin keyfiyyətinin artırılmasını istəyir

BMT Azərbaycanda turizm üzrə təhsilin keyfiyyətinin artırılmasını istəyir Bu gün Dövlət Turizm Agentliyinin (DTA) sədri Fuad Nağıyev BMT-nin İnkişaf Proqramının (UNDP) Rezident Nümayəndəsi Alessandro Frakassetti ilə görüşüb.
Turizm
19 Oktyabr , 2021 16:33
BMT Azərbaycanda turizm üzrə təhsilin keyfiyyətinin artırılmasını istəyir

Bu gün Dövlət Turizm Agentliyinin (DTA) sədri Fuad Nağıyev BMT-nin İnkişaf Proqramının (UNDP) Rezident Nümayəndəsi Alessandro Frakassetti ilə görüşüb.

Bu barədə "Report"a DTA-dan məlumat verilib.

Məlumata görə, görüşdə Azərbaycanın regionlarında turizmin inkişafına dəstək, regional turizm müəssələrinin idarə olunması və təşkili, turizmlə bağlı infrastruktur və xidmətlərin yaxşılaşdırılması, eləcə də yerli icmaların imkanların genişləndirməsi kimi məsələlər müzakirə olunub.

Agentlik sədri postpandemiya dövründə ölkə turizminin bərpası və regional turizmin cəlbediciliyinin artırılması istiqamətində aparılan işlərdən, eləcə də xarici turistlərin Azərbaycana yenidən səfər etmələri üçün bir sıra ölkələrlə sərəhdlərin açılması, ölkə turizminin inkişafını ləngidən amilllərin aradan qaldırılmasında görülən işlərdən danışıb.

F.Nağıyev DTA olaraq BMT-nin İnkişaf Proqramı çərçivəsində qarşılıqlı əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, ikitərəfli münasibətlərin inkişafı, qarşılıqlı təcrübə mübadiləsinin aparılmasında maraqlı olduqlarını diqqətə çatdırıb.

A.Frakassetti qurumun Azərbaycandakı 30 illik fəaliyyətini yüksək qiymətləndirib. O, BMT-nin İnkişaf Proqramı çərçivəsində Azərbaycanın regionlarının cəlbedici turizm məkanları kimi inkişafına dastək göstərilməsində, eləcə də turizmlə əlaqəli peşələrdə peşə təhsilinin keyfiyyətinin yüksəldilməsi və maarifləndirmə işlərinin artırılmasında maraqlı olduqlarını bildirib.

Görüş çərçivəsində turizmin gələcək inkişafı məqsədilə planlaşdırılan tədbirlər haqqında da fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi