Başqırdıstandan Azərbaycana yaşamağa gələn insanların sayı açıqlanıb

Başqırdıstandan Azərbaycana yaşamağa gələn insanların sayı açıqlanıb Başqırdıstandan ötən il 6 538 nəfər başqa xarici ölkələrə yaşamaq üçün köçüblər
Turizm
15 Fevral , 2021 10:31
Başqırdıstandan Azərbaycana yaşamağa gələn insanların sayı açıqlanıb

2020-ci ilin yanvar-noyabr ayları ərzində Rusiyanın Başqırdıstan Muxtar Respublikasından Azərbaycana 414 nəfər yaşamağa gəlib.

“Report”un Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə muxtar respublikanın Statistika Komitəsinin məlumatında deyilir.

Bildirilir ki, ötən ilin 11 ayı ərzində ümumilikdə Başqırdıstan Muxtar Respublikasından 6 538 nəfər başqa xarici ölkələrə yaşamağa gediblər.

Belə ki, bu müddət ərzində ən çox sayda insan Özbəkistana köçüb. Bu rəqəm 1 371 nəfərə bərabərdir. Bu müddət ərzində 703 nəfər Qazaxıstana, 550 nəfər Ukraynaya, hətta 423 nəfər insan yaşamaq üçün Vyetnama köçüblər.

Həmçinin bu siyahıda Almaniya, Türkiyə, Gürcüstan, Qırğızıstan, İsrail və digər ölkələrin də adları var.

Son xəbərlər

Orphus sistemi