“Baku City Tour” turistik avtobusların fəaliyyəti müvəqqəti dayandırılır

“Baku City Tour” turistik avtobusların fəaliyyəti müvəqqəti dayandırılır Bakı Turizm İnformasiya Mərkəzi Bakı sakinlərinə və paytaxtın qonaqlarına müraciət edib
Turizm
13 İyun , 2017 20:42
“Baku City Tour” turistik avtobusların fəaliyyəti müvəqqəti dayandırılır

Bakı. 13 iyun. REPORT.AZ/ Mədəniyyət və Turizm Nazirliyi yanında Bakı Turizm İnformasiya Mərkəzi paytaxt sakinlərinə və qonaqlarına müraciət edib.

“Report”un məlumatına görə, müraciətdə bildirilib ki, iyunun 12-dən iyulun 5-dək “Formula-1” yarışlarının keçirilməsi dövründə əsas şəhər istiqaməti olan magistral yolların bağlanması nəzərə alınaraq “Baku City Tour” turistik avtobusların müvəqqəti fəaliyyəti dayandırılır.

“Eynı zamanda “Sprinter” turistik mikroavtobuslarla Bakı şəhər sakinləri, turist və qonaqları üçün “Qobustan Dövlət Tarixi-Bədii Qoruğu”, “Atəşgah Məbədi” Dövlət Tarix-Memarlıq Qoruğu, “Yanardağ”, “Qala Tarix Etnoqrafiya Qoruğu”na ekskursiyalar təşkil olunacaq”, - məlumatda qeyd edilib. 

Son xəbərlər

Orphus sistemi