Bakıda turizm biznesinin peşəkarları üçün illik "Workshop" keçiriləcək

Bakıda turizm biznesinin peşəkarları üçün illik "Workshop" keçiriləcək Tədbirin təşkilatçıları Azərbaycandan olan tərəfdarları ilə birgə Böyük Britaniyanın konsaltinq şirkətidir
Turizm
623
15 Fevral , 2017 16:50
Bakıda turizm biznesinin peşəkarları üçün illik Workshop keçiriləcək

Bakı. 15 fevral. REPORT.AZ/ Sabah Bakıda turizm biznesinin peşəkarları üçün “B2B Luxury & MICE Workshop” illik "Workshop" keçiriləcək.

Bu barədə "Report"a Mədəniyyət və Turizm Nazirliyindən bildirilib. 

Məlumata görə, tədbirin təşkilatçıları Azərbaycandan olan tərəfdarları ilə birgə Böyük Britaniyanın “TMI Consultancy” konsaltinq şirkətidir.

"Workshop"un iştirakçıları - bir tərəfdən Azərbaycanın lüks turizm seqmentinin aparıcı turizm şirkətləri, digər tərəfdən isə xarici 5 ulduzlu hotellərin nümayəndələri, dünyanın və regionların turizm üzrə turoperatorları, ofisləri olacaqlar.

Fevralın 18-də Gürcüstanda ilk dəfə olaraq Tbilisidə keçiriləcək Workshoplar “B2B Luxury & MICE Workshop” layihəsinin bir hissəsidir.

"Workshop" təşkilatçıların xarici qonaqlar üçün xüsusi olaraq hazırladıqları Azərbaycandan xaricə turizm bazarının təqdimatı ilə başlayacaq. Bu təqdimat çərçivəsində “B2B Luxury & MICE Workshop” ilk dəfə Bakıda aparıcı turizm agentiklərinin nümayəndələri, ekspertlər ilə sual-cavab formatında diskussiya təşkil edəcək.

“B2B Luxury & MICE Workshop”da ilk dəfə “Belmond” (dünya üzrə), “Grecotel” (Yunanıstan), “Kilit Hospitality Group” (Türkiyə) və “Vichy Célestins Spa Hôtel” (Fransa) kimi məşhur və nüfuzlu hotel və hotellər qrupu iştirak edir.

Bakıya ilk dəfə Baden-Vürtenberq (Almaniya) regionunun turizm üzrə ofisi, “Travel Central” (Sinqapur) və “T.I.M.EEurope” (Almaniya) turoperatorları, “Intercontinental Hotel Vienna” (Avstriya) hotelinin nümayəndələri gəlib.

Bu il tədbirdə Sloveniya geniş təqdim edilib, turizm üzrə milli ofis ilə yanaşı, "Workshop"da “Grand Hotel Sava Rogaška”, “Lifeclass Hotels & SPA”, “Sava Hotels & Resorts” hotel və terminal kurortlar, “Rogaška” tibb mərkəzi, “Kompas” və “Renee Tours” şirkətləri iştirak edəcək.

İspaniyanı TURESPAÑA türizm üzrə milli ofisi, Kosta Blanka (Benidorm) regionu üzrə turizm ofisi və “Viajes Ancodes” turoperatoru təmsil edir. “McArthurGlen” Avropa dizayner outletləri, İtaliyanın 5 ulduzlu “Duetorrihotelsgroup” hotelləri, Xorvatiyadan eksklüziv lüks “Losinj Hotels & Villas” hotelləri ənənəvi olaraq Bakıya “B2B Luxury & MICE Workshop”a hər il gəlir.

Son xəbərlər

Orphus sistemi