Bakıda magistr təhsili verən xarici universitetlərin sərgisi açılıb

Bakıda magistr təhsili verən xarici universitetlərin sərgisi açılıb Sərgidə Türkiyə, Avropa, Birləşmiş Krallıq, ABŞ, Kanada universitetləri iştirak ediblər
Turizm
19 Dekabr , 2016 20:18
Bakıda magistr təhsili verən xarici universitetlərin sərgisi açılıb

Bakı 19 dekabr. REPORT.AZ/ “Improveer International” Xaricdə Təhsil Mərkəzi paytaxtda böyük təhsil sərgisi təşkil edib.

"Report" xəbər verir, Bakıda Park Inn Hotelində keçirilən sərgidə Türkiyə, Böyük Britaniya, ABŞ, Kanada və Avropa ölkələrinin universitetləri iştirak ediblər.

“Improveer International” Təhsil Mərkəzinin təşkil etdiyi sərgidə tələbələrə yüksək keyfiyyətli təhsil imkanı, xarici universitetlərə qəbul olma şərtləri, endirimli və təqaüdlə təhsil imkanı IETLS, TOEFL, YÖS, GRE, GMAT və General English kursları barədə ərtaflı məlumat verilib.

Sərgidə Mendel University in Brno, Kaplan International English Language School və Kaplan International şirkətinin təmsilçiliyi ilə Mount Alison University, Northern Arizona University, University of Northern British Columbia, Regina University, Humber University, Koç Universiteti, Sabancı Universiteti, Lefke Avropa Universiteti, Beykent Universiteti, Bahçeşehir Universiteti, Kemerburqaz Universiteti, Doğuş Universiteti, İstanbul Şehir Universiteti, İstanbul Aydın Universiteti və digər tanınmış avropa universitetləri nümayəndəlikləri ilə qatılıblar.

Xatırladaq ki, “Report” İnformasiya Agentliyi tədbirin rəsmi informasiya tərəfdaşı qismində çıxış edir.

Son xəbərlər

Orphus sistemi