Bakı. 15 noyabr. REPORT.AZ/ Noyabrın 17-də Bakıda İranın ixtisaslaşmış biznes sərgisi keçiriləcək.
İranın Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, sərginin açılışında İranın ticarət, sənaye və mədənlər nazirinin müavini Cəfər Sərqəni və səfir Möhsün Pakayin çıxış edəcəklər.
"Baku Expo Center"də üç gün ərzində keçiriləcək sərgidə İranın 38 tanınmış şirkəti istehsal və ixracat məhsullarını təqdim edəcək. Habelə sərgi çərçivəsində İran və Azərbaycan iş adamlarının iştirakı ilə iki ölkə arasında iqtisadi əlaqələrin genişlənməsinə dair forumun keçirilməsi də nəzərdə tutulur.