Bakıda "HESTOUREX Dünya Sağlamlıq Turizmi" sərgisi keçiriləcək 

Bakıda "HESTOUREX Dünya Sağlamlıq Turizmi" sərgisi keçiriləcək  İyunun 23-26-sı tarixlərində Bakıda 4-cü "HESTOUREX Dünya Sağlamlıq Turizmi" sərgisi keçiriləcək.
Turizm
16 İyun , 2022 15:45
Bakıda HESTOUREX Dünya Sağlamlıq Turizmi sərgisi keçiriləcək 

İyunun 23-26-sı tarixlərində Bakıda 4-cü "HESTOUREX Dünya Sağlamlıq Turizmi" sərgisi keçiriləcək.

Bu barədə "Report"a Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasından məlumat verilib.

Dünyanın ən böyük sağlamlıq turizmi sərgisi olan "HESTOUREX"in post-pandemiya dövründə hər il fərqli bir məkanda keçirilməsi nəzərdə tutulur. Bu il dünyanın ən böyük sağlamlıq turizmi toplantısı "HESTOUREX" öz iştirakçılarını tamamilə yenilənmiş formada Bakıda salamlayacaq. Bu görüşə 22 Avropa ölkəsi daxil olmaqla, dünyanın 65-dən çox ölkəsindən 1 000-dən çox sağlamlıq turizmi təşkilatı qatılacaq. Türkiyənin də məşhur termal və sağlamlıq turizmi mərkəzlərinin iştirakı ilə baş tutacaq sərgidə minlərlə B2B görüşlərin təşkili planlaşdırılır.

Sərgi zamanı çoxlu panellər və xüsusi təqdimatlar nümayiş olunacaq. İştirakçılar sərgi məkanında – "Baku Crystal Hall"da xəstəxanalar, klinikalar və turizm agentlikləri ilə işgüzar görüşlər keçirmə şansı əldə edəcək.

Sərgi rəsmi olaraq Azərbaycan Dövlət Turizm Agentliyi, Azərbaycan Sahibkarlar Konfederasiyası və Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyası tərəfindən dəstəklənir.

Son xəbərlər

Orphus sistemi