Bakıda avtobusla gəzinti turlarını yeni şirkət həyata keçirəcək

Bakıda avtobusla gəzinti turlarını yeni şirkət həyata keçirəcək Şəhər turunu yeni brend altında Bakı Turizm İnformasiya Mərkəzi həyata keçirir
Turizm
195
15 Aprel , 2016 11:05
Bakıda avtobusla gəzinti turlarını yeni şirkət həyata keçirəcək

Bakı. 15 aprel. REPORT.AZ/ Bakı şəhərində avtobuslarla şəhər turları təşkil edən “City Sightseeing” MMC-nin adı dəyişdirilib.

“Report”un Mədəniyyət və Turizm Nazirliyinə istinadən verdiyi xəbərə görə, artıq şəhər turunu “Baku City Tour” adlı yeni brend altında Bakı Turizm İnformasiya Mərkəzi həyata keçirir.

“Qədim və Müasir Bakı” adlı marşrut əvvəlki “City Sightseeing” marşrutunu təkrar edir və bu marşrutda yeni “Mercedes Benz” markalı 3 iki mərtəbəli və 3 “Mercedes Benz” sprinter mikroavtobusları işləyəcək.

Qeyd edək ki, sprinter avtobusları Heydər Əliyev adına Beynəlxalq Hava Limanına transfer, Bakıətrafı (Qobustan, Qala, Yanardağ, Atəşgah) və ölkənin müxtəlif regionlarına qonaqların və turistlərin səyahətinin təşkili üçün şirkətlərin və mehmanxanaların sifarişi ilə də istifadə oluna bilər.

Son xəbərlər

Orphus sistemi