​Bakıda 9-cu Beynəlxalq karyera sərgisi keçiriləcək

​Bakıda 9-cu Beynəlxalq karyera sərgisi keçiriləcək Sərgiyə gələnlər Azərbaycanın və digər ölkələrin aparıcı şirkət və firmalarında karyera imkanları ilə tanış ola biləcəklər
Turizm
26 Sentyabr , 2015 16:35
​Bakıda 9-cu Beynəlxalq karyera sərgisi keçiriləcək

Bakı. 26 sentyabr. REPORT.AZ/ Bakıda "Career Azerbaijan" 9-cu Beynəlxalq karyera sərgisi keçiriləcək.

"Report" xəbər verir ki, sərgi oktyabrın 9-dan 11-dək Bakı beynəlxalq sərgi mərkəzində baş tutacaq.

Sərgiyə gələnlər Azərbaycanın və digər ölkələrin aparıcı şirkətləri və firmalarında karyeralarını davam etdirmək imkanları ilə tanış olacaqlar.

Bundan əlavə, sərgiyə gələn qonaqların rahatlığını təmin etmək üçün "Koroğlu" metro stansiyasından hər bir saatdan bir sərgi mərkəzinə avtobus hərəkət edəcək. 

Son xəbərlər

Orphus sistemi