Bakı Turizm İnformasiya Mərkəzinin direktoru: “Formula 1” çərçivəsində Azərbaycana 4 ölkədən 75 min turist gəlib” - FOTOLAR

Bakı Turizm İnformasiya Mərkəzinin direktoru: “Formula 1” çərçivəsində Azərbaycana 4 ölkədən 75 min turist gəlib” - FOTOLAR Bu il Bakıda keçirilmiş “Formula -1” yarışı çərçivəsində Azərbaycana 4 ölkədən 75 min turist gəlib.
Turizm
26 İyul , 2019 11:38
Bakı Turizm İnformasiya Mərkəzinin direktoru: “Formula 1” çərçivəsində Azərbaycana 4 ölkədən 75 min turist gəlib” - FOTOLAR

Bu il Bakıda keçirilmiş “Formula -1” yarışı çərçivəsində Azərbaycana 4 ölkədən 75 min turist gəlib.

“Report” xəbər verir ki, bunu Bakı İnformasiya Mərkəzinin direktoru Rüfət Bağırov bildirib.

“Bu rəqəm ötən illə müqayisədə çoxdur. Xüsusilə Böyük Britaniya və Çindən gələn turistlərin sayında artım qeydə alınıb. Bildiyiniz kimi, bir qədər əvvəl Azərbaycan və Çin arasında razılaşma əldə olunub. Bunun turistlərin sayının artmasına təsiri danılmazdır”, - deyə o, qeyd edib.

Xatırladaq ki, bu il martın 1-də Pekində (Çin) Dövlət Turizm Agentliyi və Çinin Mədəniyyət və Turizm Nazirliyi arasında çinli turistlərin ölkəmizə qrup səfərlərinin sadələşdirilməsi haqqında anlaşma memorandumu imzalanıb.

Son xəbərlər

Orphus sistemi