Baku Shopping Festivalının keçirilməsinə 1 milyon manat ayrılıb

Baku Shopping Festivalının keçirilməsinə 1 milyon manat ayrılıb Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb
Turizm
106
28 Sentyabr , 2017 17:29
Baku Shopping Festivalının keçirilməsinə 1 milyon manat ayrılıb

Bakı. 28 sentyabr. REPORT.AZ/ Prezident İlham Əliyev 2017-ci il oktyabrın 15-dən noyabrın 15-dək Bakı şəhərində keçiriləcək ticarət festivalı (“shopping festival”) ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. 

"Report"un məlumatına görə, sərəncamla Azərbaycanda turizmin inkişafı istiqamətində görülən işlərin davamı olaraq, oktyabrın 15-dən noyabrın 15-dək Bakıda ticarət festivalının (“shopping festival”) təşkili məqsədilə 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Mədəniyyət və Turizm Nazirliyinə bir milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

Son xəbərlər

Orphus sistemi