Bakı sakinləri yay istirahətini necə keçirir? - VİDEO

Bakı sakinləri yay istirahətini necə keçirir? - VİDEO Respondentlərin əksəriyyəti yay mövsümünü ölkədə keçirəcəklərini, Qəbələ, İsmayıllı, Lənkəran kimi bölgələrimizə istirahətə getməyi planladıqlarını bildirib
Turizm
14 İyul , 2021 15:46
Bakı sakinləri yay istirahətini necə keçirir? - VİDEO

Ötən yay Bakı sakinlərinin yay mövsümündə istədikləri kimi istirahət etmələri çətinləşdi. Bunun əsas səbəbi isə Azərbaycanla digər ölkələr arasında gediş-gəlişin dayandırılması və bölgələrarası hərəkətə tətbiq olunan məhdudiyyətlər idi. Bu yay artıq Azərbaycandan bir sıra ölkələrə uçuşlar və bölgələrimiz arasında gediş-gəliş bərpa edilib.

Görəsən paytaxt sakinləri bu il yay istirahətini harda keçirməyə üstünlük verir?

“Report” bu barədə sakinlər arasında sorğu aparıb, onların bu yay ölkəmizdə, yoxsa xaricdə dincəlməyə üz tutduqlarını öyrənib.

Respondentlərin əksəriyyəti yay mövsümünü ölkədə keçirəcəklərini, Qəbələ, İsmayıllı, Lənkəran kimi bölgələrimizə istirahətə getməyi planladıqlarını bildirib.

Ölkədəki turizm şirkətlərindən birinin rəhbəri Rəhman Quliyev də “Report”a açıqlamasında bu il əhalinin əsasən daxili turizmə yönəldiklərini qeyd edib. Turizm mütəxəssisi buna səbəb kimi ölkə xaricinə uçuşların məhdudluğunu və aviabiletlərin baha olmasını göstərib.

Son xəbərlər

Orphus sistemi