AzTA Azərbaycanın səfirlik və nümayəndəlikləri ilə əməkdaşlığı genişləndirir

AzTA Azərbaycanın səfirlik və nümayəndəlikləri ilə əməkdaşlığı genişləndirir Bakı. 23 aprel. REPORT.AZ/ Azərbaycan Turizm Assosiasiyası (AZTA) ölkənin xaricdəki səfirlik və nümayəndəlikləri ilə əməkdaşlığı genişləndirir.
Turizm
23 Aprel , 2018 14:20
AzTA Azərbaycanın səfirlik və nümayəndəlikləri ilə əməkdaşlığı genişləndirir

Bakı. 23 aprel. REPORT.AZ/ Azərbaycan Turizm Assosiasiyası (AZTA) ölkənin xaricdəki səfirlik və nümayəndəlikləri ilə əməkdaşlığı genişləndirir.

Assosiasiyadan "Report"a verilən məlumata görə, AZTA-nın İdarə Heyətinin üzvü Göydəniz Qəhrəmanov Azərbaycanın Hindistanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Əşrəf Şıxəliyevi qəbul edib.

Görüşdə son illər Azərbaycanda hər sahədə olduğu kimi, turizm sahəsində də əldə olunmuş nailiyyətlər və inkişaf perspektivləri müzakirə olunub. G.Qəhrəmanov səfirə bu ilin yanvar ayında Assosiasiyanın Hindistanda nümayəndiliyinin açılması haqqında məlumat verib və qeyd edib ki, nümayəndəlik Azərbaycana turist axınının artırılması istiqamətində ciddi işlər görür.

Səfir bu addımı yüksək qiymətləndirərərək öz fəaliyyəti dövründə AzTA-nın Hindistana həyata keçirəcəyi bütün layihələrə, eləcə də turist axınının təmin olunmasına dəstək verəcəyinə söz verib.

AZTA-nın fəaliyyətinin genişləndirməsində məqsəd, hökümətin 2018-ci il birinci rübünün nəticələrinə və qarşıda duran vəzifələrə həsr olunmuş iclası zamanı Prezident İlham Əliyevin turizm sahəsinin inkişafı, eləcə də turist axının artırılması istiqamətində səylərin artırılması haqqında tapşırığının həyata keçirilməsindən ibarətdir.

Son xəbərlər

Orphus sistemi