Azərbaycanlı iş adamları Qazaxıstanda sərgi və foruma qatılacaqlar

Azərbaycanlı iş adamları Qazaxıstanda sərgi və foruma qatılacaqlar Sərgi Şanxay Əməkdaşlıq Təşkilatının İşgüzar Şurası tərəfindən təşkil olunacaq
Turizm
27 Mart , 2017 20:50
Azərbaycanlı iş adamları Qazaxıstanda sərgi və foruma qatılacaqlar
courtasy image

Bakı. 27 mart. REPORT.AZ/ Şanxay Əməkdaşlıq Təşkilatının İşgüzar Şurası tərəfindən Qazaxıstanın paytaxtı təşkil olunacaq “Yaşıl İqtisadiyyatın İnkişaf Perspektivləri” EKSPO-2017 sərgisi keçiriləcək.

Bu barədə “Report”a Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (“Azpromo”) məlumat verilib.

Bildirilib ki, sərgi iyunun 7-də Astana şəhərində baş tutacaq. Eyni zamanda sərgi çərçivəsində biznes forumun keçirilməsi planlaşdırılır. Azərbaycanda fəaliyyət göstərən işgüzar dairələr tədbirdə iştiraka dəvətlidirlər.

Sərgi və forumda iştirak etmək istəyən sahibkarlar ətraflı məlumat əldə etmək üçün “Azpromo”ya (əlaqələndirici şəxs: Anar Nuriyev, tel.: +99412 598 01 47 (daxili: 123), e-mail: [email protected]) müraciət edə bilərlər.

Son xəbərlər

Orphus sistemi