Azərbaycanlı iş adamları ​İstanbulda keçiriləcək sərgi və konfransa dəvət olunub

Azərbaycanlı iş adamları ​İstanbulda keçiriləcək sərgi və konfransa dəvət olunub "İstanbul Su və Arıtma Texnologiyaları” sərgisi və konfransı sentyabrın 1-də başlayacaq
Turizm
11 İyul , 2016 15:00
Azərbaycanlı iş adamları ​İstanbulda keçiriləcək sərgi və konfransa dəvət olunub

Bakı. 11 iyul. REPORT.AZ/ “İstanbul Expo” Mərkəzində II “İstanbul Su və Arıtma Texnologiyaları” sərgisi və konfransı keçiriləcək.

Bu barədə “Report”a Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) məlumat verilib.

Xəbərə görə, sərgi və konfrans sentyabrın 1-də başlayacaq və 3-dək davam edəcək. 

Azərbaycanda fəaliyyət göstərən sahibkarlar, işgüzar dairələr tədbirə dəvət olunublar. 

Son xəbərlər

Orphus sistemi