Azərbaycanlı iş adamları Hindistanda keçiriləcək sərgilərə dəvət olunublar

Azərbaycanlı iş adamları Hindistanda keçiriləcək sərgilərə dəvət olunublar Tədbirlərdə iştirak etmək istəyən sahibkarlar "Azpromo"ya müraciət edə bilərlər.
Turizm
9 Fevral , 2017 20:46
Azərbaycanlı iş adamları Hindistanda keçiriləcək sərgilərə dəvət olunublar

Bakı. 9 fevral. REPORT.AZ/ Hindistanın Ekspo Mərkəzində III “Xidmətlərin Qlobal Sərgisi (GES)” keçiriləcək.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (“Azpromo”) “Report”a verilən məlumata görə, sözügedən sərgi bu il aprelin 17-dən 20-dək davam edəcək.

Eyni zamanda aprelin 20-22-ə III “Hindistan Polad Sərgisi” də baş tutacaq. Azərbaycanda sözügedən sahədə fəaliyyət göstərən iş adamları sərgilərdə iştiraka dəvət olunublar.

Tədbirlərdə iştirak etmək istəyən sahibkarlar “Azpromo”ya müraciət edə bilərlər. 

Son xəbərlər

Orphus sistemi