Azərbaycanın xaricdə tanıdılması məqsədilə xarici influenserlər üçün xüsusi tanışlıq proqramı həyata keçirilib

Azərbaycanın xaricdə tanıdılması məqsədilə xarici influenserlər üçün xüsusi tanışlıq proqramı həyata keçirilib Bakı. 30 oktyabr. REPORT.AZ/ Dövlət Turizm Agentliyi, Azərbaycan Turizm Bürosu və Azərbaycan Konqreslər Bürosunun təşkilatçılığı ilə “Global Influencer Day” tədbirinə dəvət olunmuş xarici influenserlər üçün 29 oktyabrda xüsusi tanışlıq proqramı həyata keçirilib.
Turizm
30 Oktyabr , 2018 15:50
Azərbaycanın xaricdə tanıdılması məqsədilə xarici influenserlər üçün xüsusi tanışlıq proqramı həyata keçirilib
0 : 00
0 : 00

Bakı. 30 oktyabr. REPORT.AZ/  Dövlət Turizm Agentliyi, Azərbaycan Turizm Bürosu və Azərbaycan Konqreslər Bürosunun təşkilatçılığı ilə “Global Influencer Day” tədbirinə dəvət olunmuş xarici influenserlər üçün 29 oktyabrda xüsusi tanışlıq proqramı həyata keçirilib.

Agentlikdən "Report"a verilən xəbərə görə, proqramın məqsədi Azərbaycanın xaricdə tanıdılması və turistik imkanlarının təbliğinə dəstək olmaqdır.

Türkiyə, Şimali Kipr, Ukrayna, Qazaxıstan, Rusiya, Avstraliya, Rumıniya, Latviya, BƏƏ kimi ölkələrdən olan qonaqlar “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda gəzintidən sonra Bakının digər turistik yerləri ilə tanış olublar. Onlara xalça toxuma, armudu stəkan üzərində rəsm, milli mətbəx nümunələrinin hazırlanması, xına ilə naxış vurma, neftlə şəkil çəkmə üzrə master-klasslar keçirilib, milli musiqimiz nümayiş etdirilib. Bununla da “İnnovasiya həftəsi” çərçivəsində keçirilən “Global Influencer Day” tədbiri başa çatıb.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşdırılan, Dövlət Turizm Agentliyi, Azərbaycan Turizm Bürosu, Azərbaycan Konqreslər Bürosu, ADA Universiteti, Azərbaycandakı Amerika Ticarət Palatası, CELA və CAMCA network tərəfindən dəstəklənən tədbirdə bir sıra müxtəlif şirkətlər sponsor kimi çıxış ediblər.

Son xəbərlər

Orphus sistemi